"Sumqayıt"ın futbolçusu "Trabzonspor"un düşərgəsinə yollandı
Ötən mövsümün əvvəlində "Sumqayıt" klubunun iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinovun Türkiyənin "Trabzonspor" klubunda baxışda olması haqda xəbər vermişdik.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Trabzonspor"un rəhbərliyi komandanın və 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu Ruslan Nəsirli üçün 2-ci dəfə kluba məktub ünvanlayıb.

18 yaşlı futbolçu "bordo-mavililər"in əvəzedici komandasında növbəti dəfə baxışdan keçəcək. Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq.

Xəbər 892 dəfə oxundu.