"İnter"in futbolçusu karyerasını başa vurdu
Serbiya millisinin və "İnter" klubunun yarımmüdafiəçisi Deyan Stankoviç karyerasını başa vurub.

34 yaşlı futbolçu dünən İtaliya A Seriyasının I turu çərçivəsində "İnter" - "Genua" matçında sonuncu dəfə meydana çıxıb.

Stankoviç Milan təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalasa da, artıq oynamaq istəmədiyini açıqlayıb.

Qeyd edək ki, 2004-cü ildən "İnter"in şərəfini qoruyan Standoviç keçirdiyi 321 oyunda 41 qola imza atıb. Təcrübəli futbolçu Serbiya millisinin heyətində 102 oyuna çıxıb və 15 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 901 dəfə oxundu.