Kasilyas və Di Mariya
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Madrid "Real"ının futbolçuları - İker Kasilyas və Anxel Di Mariyanı komandasında görmək istəyir.

Fransız mütəxəssis yaxın günlərdə hər iki futbolçunun transferini bitirməyi planlaşdırır.

Hələlik "Real" tərəfi bu təklifə münasibət bildirməyib. Kərim Benzemanın "Arsenal"a keçidi isə baş tutmayıb. Fransa millisinin üzvü karyerasını Madrid klubunda davam etdirəcək.

Qeyd edək ki, "Arsenal"ın "Çelsi"nin futbolçusu Xuan Mata ilə yaxından maraqlandığı bildirilir.

Xəbər 843 dəfə oxundu.