Ardanın "Atletiko"dakı gəlirləri artırılacaq
Madridin "Atletiko" klubu türk futbolçusu Arda Turanın maaşını artırmaq niyyətindədir.

Klub 26 yaşlı yarımmüdafiəçinin gəlirini artırmaqla onu daha uzun müddət komandada saxlamaq istəyir. Arda ilə yeni müqavilə imzalamağa çalışan "Atletiko" futbolçunun təzminat qiymətinin 24 milyon avrodan 35 milyon avroya qaldırmağı düşünür.

Qeyd edək ki, Ardanın Madrid klubu ilə 2015-ci ilə qədər müqaviləsi var.

Xəbər 864 dəfə oxundu.