“Arda “Atletiko”nun ürəyidir”
İspaniya qəzetlərindən bir çoxu bugünkü nömrəsində "Atletiko"nun (Madrid) türk futbolçusu Arda Turana manşetlərdə yer verib.

Madrid klubunun "Rayo Valyekano"nun 5:0 hesabı ilə məğlub etdiyi matçda komandasının üçüncü qolunu vuran və iki qol ötürməsi verən 26 yaşlı yarımmüdafiəçinin oyunu haqda müsbət fikirlər səsləndirilib.

Futbolçunun bu uğurlu çıxışına səhifələrində yer ayıran İspaniyanın nüfuzli "AS" qəzeti Arda Turanı fantastik oyunçu adlandırıb. Qəzet onun Dieqo Kosta ilə birlikdə Madrid klunun ürəyi olduğu yazıb. "AS" Ardanın oyunda etdiyi hərəkətlərlə Argentina futbolunun əfsanəsi Maradonaya bənzədiyini qeyd edib.

"Marca" və "El Mundo Deportivo" isə türk yarımmüdafiəçini dünənki matçın qəhramanı hesab edib və bu oyunla futbolçunun daha da parladığını yazıb.

Xəbər 895 dəfə oxundu.