Cristiano Ronaldonun pərəstişkarı
Cristiano Ronaldonun pərəstişkarı, 12 yaşlı Ayxan demək olar ki, onun hər bir oyununu diqqətlə izləyib.

Bir gun “Viva Ronaldo” adlı yarışmalı veriliş olduğunu eşidib və həmin yarışmaya qoşulub. Verilişdə belə bir oyun keçirilib. Həmin oyunda 2-3 gün əvvəl fikirlər yazılır. Oyun ərzində Ronaldonun şəxsi həyatından bəhs edilən ingiliscə 15 sual verilir. Hər bir suala 10 saniyə vaxt verilir və 200-300 xal arası dəyərləri olur.

Sonda 15 sualdan 13-nü düzgün cavablandıran Ayxan, 6660 xalla dünya üzrə 2000 iştirakçı arasında birinci yerə çıxıb.

Oyundan sonra Cristiano Ronaldo özünün şəxsi "Facebook", "Twitter" səhifələrində qalibləri açıqlayıb və dəstəkləri üçün təşəkkürünü bildirib.

Hal-hazırda onun "Facebook" səhifəsindəki yarışmasının nəticəsini 108 mindən çox adam bəyənib, rəy bildirib. Bu hələ də davam edir…

Xəbər 1177 dəfə oxundu.