Bundesliqada baş məşqçi istefası
Almaniyanın "Ştutqart" klubu baş məşqçisi Bruno Labbadia ilə yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qərar "Ştutqart"ın Almaniya bundesliqasının üçüncü turunda "Auqsburq"a 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra verilib. Klubun son oyunlardakı uğursuz çıxışı 47 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, "Ştutqart" yeni baş məşqçisinin adını hələlik açıqlamayıb.

Xəbər 832 dəfə oxundu.