“Qarabağ” şərəfini qorudu

Dünən Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Brügge” klubunu qəbul edib.
Bir həftə öncə Belçikada darmadağınla üzləşdiyindən (1:4), mərhələ keçməsi üçün Ağdam təmsilçisinə bu qarşılaşmada 3:0 hesablı qələbə lazım idi. Amma komandamız möcüzə edə bilməsə də, hər halda, adlı-sanlı rəqibi üzərində qələbə qazanmağı bacarıb.
Matçın sonlarında meydana çıxan Bəxtiyar Soltanovun vurduğu qol “Qarabağ”a qələbə qazandırıb – 1:0.

Xəbər 920 dəfə oxundu.