Buskets "Barselona" ilə yeni müqavilə imzalayır
Serdji Buskets "Barselona"nı tərk etməyəcək. Təcrübəli futbolçu Kataloniya klubu ilə artıq yeni müqavilə haqda razılığa gəlib. Qarşılıqlı razılığa əsasən, Buskets sözləşməsini 2018-ci ilə kimi uzadacaq. Buskets gələn həftənin çərşənbə axşamı rəsmi müqaviləyə imza atacaq. Busketslə razılığa gəldikdən sonra "Barsa" indi də diqqətini İnyesta və Pikeyə yönəldib. Tezliklə adıçəkilən futbolçuların da yeni sözləşməyə imza atacaqları ehtimal olunur.

Xəbər 873 dəfə oxundu.