"Barselona"nın futbolçusu 4 aylıq sıradan çıxdı
"Barselona"nın futbolçusu İbrahim Afelley 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Hollandiyalı yarımmüdafiəçi ayağındakı zədə səbəbindən əməliyyat olunub.

Klubun rəsmi saytı futbolçunun 4 ay oyunlarda iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Afelley ötən mövsüm "Şalke"də icarə əsasında forma geyib.

Xəbər 859 dəfə oxundu.