Millimiz Litva ilə qarşılaşacaq
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirəcək.

Futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, turnirdə keçirdiyi ilk oyunda yığmamız Belarus komandasını 1:0 hesabı ilə məğlub edib.

Xəbər 1159 dəfə oxundu.