"Mançester Siti"nin futbolçusu "Barselona"da
Transfer pəncərəsinin bağlanmasına 10 gün qalmış "Barselona" daha bir transfer gerçəkləşdirib.

Kataloniya təmsilçisi "Mançester Siti"nin ispan oyunçusu Denis Suarezi heyətinə qatıb.

Gənc futbolçu ilə dörd illik müqavilə imzalanıb. Ancaq klub 19 yaşlı oyunçunu hələlik ehtiyat komandaya göndərib və onun qiymətinin 12 milyon avro olduğu bildirilib.

Suarez əsas komandaya daxil olduqda isə təzminat qiyməti 35 milyon avro olacaq.

Xəbər 923 dəfə oxundu.