"Real"ın futbolçusu yenidən əməliyyat olundu
"Real"ın (Madrid) futbolçusu Xabi Alonso yenidən əməliyyat olunub.

Buna ispan yarımmüdafiəçinin sağ ayağında problem yaşaması səbəb olub. Alonsonun bu əməliyyatdan sonra ən az 2-3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Qeyd edək ki, futbolçu zədə səbəbindən bir neçə ay bundan əvvəl əməliyyat olunmuşdu. Yenicə klubla hazırlıqlara başlayan yarımmüdafiəçinin bir daha eyni problemi yaşaması komandada narahatlıq yaradıb.

Xəbər 886 dəfə oxundu.