"Barselona"dan İniyestaya yeni təklif
"Barselona" klubu yarımmüdafiəçisi Andres İniyesta ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Kataloniya təmsilçisi ispaniyalı futbolçuya yeni müqavilə təklif edib.

"Barselona" ilə 2015-ci ilə qədər müqaviləsi olan 29 yaşlı futbolçu yeni sözləşmə imzalayacağı təqdirdə daha 3 il komandanın şərəfini qoruyacaq. İniyestanın komandadakı illik gəlirinin də artacağı gözlənilir.

Qeyd edək ki, İniyesta 2002-ci ildən "Barselona"nın şərəfini qoruyur.

Xəbər 933 dəfə oxundu.