Pəhləvanlarımız dünya çempionatına hazırlaşırlar

12-18 sentyabrda Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Hər çəkidə I-V yer qazanmış idmançılar London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Dünya çempionatına daha yaxşı və səmərəli hazırlıq məqsədi ilə 03-25 avqust 2011-ci il tarixdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar Quba Olimpiya Kompleksində, qadın güləşi üzrə yığma komanda isə Qusar Olimpiya Kompleksində təlim məşq toplanışında iştirak edəcək.

Xəbər 1004 dəfə oxundu.