"İnter" "Rəvan"la oyuna hazırlaşır
Topaz Premyer Liqanın IV turunda "Rəvan"la qarşılaşacaq "İnter" klubu bu oyunun hazırlıqlarını davam etdirir.

İdman.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" oyuna "Şəfa" stadionunda hazırlaşır.

Ötən gün Kaxaber Sxadadzenin komandası axşam məşqinə çıxıblar.

Xatırladaq ki, "Rəvan" - "İnter" matçı avqustun 25-də, Bayıl stadionunda baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.

Xəbər 836 dəfə oxundu.