Xabi Alonso 3 aylıq sıradan çıxdı
Madridin "Real" klubu ciddi itki ilə üzləşib.

Xabi Alonso hazırlıqlar zamanı ayağından zədələnib. Ayaq sümüyünü qıran ispan yarımmüdafiənin 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, futbolçu ötən mövsüm də zədə üzündən əməliyyat olunmuş və bu səbəbdən Braziliyada təşkil olunan Konfederasiyalar Kubokunda iştirak etməmişdi.

Xəbər 879 dəfə oxundu.