Dieqo Simeone: “Barsa”nı “Nou-Kamp”da məğlub edə bilərik”
"Önəmli bir matç oynadıq, komandamın oyundan razıyam. Cavab qarşılaşması da önəmli olacaq. Çünki "Barselona" xüsusilə öz meydanında çox yaxşı oynayan klubdur. Amma kuboku hələ də qazana bilərik".

Bu sözləri "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone İspaniya suberkubokunun ilk matçında "Barselona" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.

Argentinalı mütəxəssis 1:1 hesabının normal olduğunu bildirib: "Barsa" dünyanın ən yaxşı klubudur. Çox güclü bir heyətə malikdir. Amma biz də güclüyük və onları məğlub edə bilərik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 28-da keçiriləcək.

Xəbər 932 dəfə oxundu.