Serbiya yığmasının yarımmüdafiəçisi “Qəbələ”də

“Qəbələ” daha bir transfer reallaşdırıb. Serbiya yığmasının yarımmüdafiəçisi Veseliko Truvunoviç klubla birillik müqaviləyə imza atıb. Komandanın mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, 31 yaşlı futbolçu karyerasını yerli “Loznitsa” klubunda başlayıb. Daha sonra Serbiyanın “Yedinstvo”, “Radniçki”, “Mladost” və “Voyvodina” komandalarında çıxış edib. Truvunoviçin son klubu isə “OFK Belqrad” olub. O, sozügedən komandada son iki mövsümdə top qovub. Millinin heyətində 5 matça çıxan Veseliko ilk dəfə 17 noyabr 2010-cu ildə Bolqarıstan yığmasına qarşı forma geyib. Truvunoviç avqustun 10-da Rusiya millisinə qarşı baş tutacaq yoldaşlıq oyununa da dəvət alıb.

Xəbər 1120 dəfə oxundu.