Yığmamız Belarus millisinə qalib gəldi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirə qələbə ilə başlayıb.

Futbolçularımız belaruslu həmyaşıdlarını Elnur Cəfərovun vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub ediblər.

Yığmamız turnirdə növbəti oyununu avqustun 23-də Litva komandasına qarşı keçirəcək.

Xəbər 875 dəfə oxundu.