Ünal Aysal: "Terimin getməsi Qalatasaray" üçün böyük itki olar”
"Qalatasaray"ın prezidenti Ünal Aysal baş məşqçiləri Fatih Terimin Türkiyə millisinə qayıtması ilə bağlı məsələyə münasibət bildirib.

O, Terimin milliyə gedəcəyi təqdirdə İstanbul klubunun üçün böyük itki ilə üzləşəcəyini deyib.

Ü.Aysal baş məşqçinin həm millini, həm də klubu çalışdırmasının mümkünlüyünü də ifadə edib: "Milli maraqları hər şeydən əvvəl gəldiyini bilirik. Terim böyük uğurları olan baş məşqçidir. Onun həm klubu, həm də millini çalışdırması mübahisəli məsələdir. İki tərəfdə öz fikirlərimizi bildirəcəyik və qərarımızı verəcəyik. Onun getməsi "Qalatasaray" üçün böyük itki olar. Klubumuzun hədəfləri isə yüksəkdir".

Xəbər 1042 dəfə oxundu.