Kayserisporda Simic şoku
Spor Toto Super Liqa qruplarından Kayserisporun müdafiəçisi Marko Simicin, ən azı 6 həftə sahələrdən uzaq qalacağı bildirilib.

İdman.com.az-ın məlumatına görə, sarı-qırmızılı komandanın liqanın ilk həftəsində Sivasspor ilə oynadığı matçın 87-ci dəqiqəsində zədə alaraq oyundan çıxan Serb futbolçu Simicə nəzarət edilən zaman sağ arxa əzələsində cırıq təsbit edilib.

Bununla bağlı olaraq sahələrdən ən azı 1,5 ay uzaq qalması gözlənilən müdafiəçi müalicəsinə klub təsislərində başlandığı öyrənildi.

Xəbər 1102 dəfə oxundu.