"Ayntraxt" bu gün ölkəmizə gələcək
Sabah Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayntraxt" bu gün ölkəmizə gələcək. Frankfurt təmsilçisi Bakıya çarter reysi ilə təşrif buyuracaq. "Ayntraxt"ı Bakıya gətirən xüsusi təyyarənin saat 16.00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. Saat 18.30-da isə Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Xəbər 986 dəfə oxundu.