Fatih Terim Türkiyə millisinə gedəcəkmi?
Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə millisini çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis İstanbul klubunun onun getməsinə icazə vermədikcə komandadan ayrılmayacağını deyib:

"Mənim haqqında deyilən, yazılan hər şeyi yaxından izləyirəm. Təbii ki, milli komanda ilə adımın hallanması qürurverici bir hissdir. Həyatının hər anını ölkə futbolunun uğuru üçün yaşayan birisi olaraq ehtiyac olan zaman etik qaydalara uyğun olaraq, milliyə kömək edəcəyimdən heç kəsin şübhəsi olmasın. Ancaq "Qalatasaray" üçün çalışmış və buna görə də hər zaman qürur duyan biri olaraq bu klubdan imtina etməyəcəm. "Qalatasaray" məni buraxmadıqca, buradan getməyəcəm."

Xəbər 888 dəfə oxundu.