Elmander vedaya hazırlaşır
Sarı-qırmızılı qrupla yollarını ayıran Johan Elmander açıqlamasında Norwich City ilə razılaşdığını və sabah rəsmi imzaların atılacağını söyləyib.

İdman.com.az-ın məlumatına görə, Norwich City öz favorit xəttini Qalatasarayın 32 yaşındakı oyunçusu Johan Elmander ilə gücləndirməyə hazırlaşır.

Qalatasarayı heç bir zaman unutmayacağını ifadə edən isveçli qolçu, Türkiyədə çox yaxşı günlər keçirdiyini və möcüzə bir komandada forma geydiyini vurğulayıb.

Qeyd edək ki, Elmander, keçdiyimiz mövsüm cəmi 25 qarşılaşmada forma geymiş və 4 qol vurmuşdu.

Xəbər 947 dəfə oxundu.