İsrailli futbolçu rəsmən "Simurq"da
"Simurq" heyətini daha bir futbolçu ilə gücləndirib.

Komandada baxışda olan israilli futbolçu İdan Veitzmanla bir illik rəsmi müqavilə bağlayıb. Növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq 28 yaşlı oyunçu "Simurq"un heyətində "20" nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq İdan "Simurq"dan öncə ölkəsində futbol həyatını davam etdirib. Onun sonunçu klubu Bney Saxnin” olub. Bundan öncə isə "Hapoel Hayfa", "Hapoel Aşdod" və "Ramat Qan" kimi komandalarda forma geyinib.

Xəbər 870 dəfə oxundu.