AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 3-cü turunun oyunları ilə bağlı cəmi bir qərar çıxarılıb:

“Neftçi” – “Simurq” matçının 76-cı dəqiqəsində “Simurq”un futbolçusu İlqar Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

Xəbər 1689 dəfə oxundu.