David Vilya: “Barselona”ya qol vursam, sevinəcəyəm"
"Atletiko"nun (Madrid) yeni transferi David Vilya avqustun 21-də İspaniya superkubokunda sabiq klubu "Barselona"ya qarşı oyun öncəsi açıqlamalar verib.

31 yaşlı hücumçu bu matçda qələbə qazanmaq istədiklərini deyib: "Üç il Kataloniya klubunda gözəl günlər keçirdim və dostlar qazandım. Ancaq meydanda onlar artıq mənim rəqibimdir. Sona qədər mübarizə aparıb qələbə qazanmağa çalışacağıq".

D.Vilya bildirib ki, qol vursa, sevinəcək: "Sabiq komandama qol vurarkən sevinsəm, “Barselona”ya hörmətsizlik olmayacaq. Sadəcə həddində sevinməlisən. Mən də qol vursam, sevinəcəyəm".

Xəbər 918 dəfə oxundu.