"Liverpul" "yeni Robben"ə göz dikib
“Liverpul” 16 yaşlı hollandiyalı yarımmüdafiəçi Rişairo Jivkoviçi heyətinə qatmaq istəyir. Bəzi mütəxəssislər bu futbolçunu artıq indidən Aryen Robbenlə müqayisə edirlər. Gənc istedad “Qroningen”in heyətində qol vuran ən gənc futbolçu olmaqla Robbenin rekordunu yeniləməyi bacarıb. Klubun direktoru Hans Niiland “qırmızılar”ın Jivkoviçlə maraqlandığını təsdiqləyib.

Xəbər 925 dəfə oxundu.