“Qarabağ”ın oyunu təxirə salındı

Premyer Liqanın I turu çərçivəsində avqustun 7-də “Neftçi” və “Qarabağ” arasında nəzərdə tutulan görüş təxirə salınıb. İdman.com.az saytının xəbərinə görə, təxirəsalma “Qarabağ” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti əsasında baş tutub.
Ağdam təmsilçisi müraciətində matçın ertələnməsi üçün iki səbəb göstərib. Birincisi, “Qarabağ” avqustun 4-də Avropa Liqasının III təsnifat mərhələsində “Brügge” ilə cavab görüşünə çıxacaq. Avqustun 10-da isə “Qarabağ”ın əksər futbolçuları Azərbaycan yığmasının heyətində Makedoniya ilə yoldaşlıq görüşündə iştirak edəcək.

Xəbər 902 dəfə oxundu.