"Metallist"in müraciətinə bu gün baxılacaq"
UEFA tərəfindən Çempionlar Liqasında kənarlaşdırılan Ukraynanın "Metallist" (Xarkov) klubu ikinci dəfə Beynəlxalq Arbitraj məhkəməsinə (CAS) müraciət edib.

CAS-ın rəsmi saytı bu barədə xəbər yayıb. Birinci müraciəti ləğv edilən klub yeni sübutlar təqdim edəcəyinə söz verib. Beynəlxalq Arbitraj Məhkəməsi "Metallist"lə bağlı qərarını bu gün verəcək.

Xatırladaq ki, Ukrayna təmsilçisi danışılmış oyunda adı hallandığı üçün ÇL-dən uzaqlaşdırıb. Klubun yerinə, PAOK-un ÇL-də mübarizə aparacağı bildirilib.

Xəbər 872 dəfə oxundu.