Lionel Messi azarkeşləri qorxudub
"Barselona"nın futbolçusu Lionel Messi azarkeşləri qorxudub.

Argentinalı hücumçu La Liqanın ilk turunda "Levante" ilə matçın (7:0) 71-ci dəqiqəsində özünü pis hiss etdiyi üçün əvəzlənib. Daha sonra oyunçunu həkimlər müayinə edib.

Bu gün verilən açıqlamada Messinin səhhətində problem olmadığı bildirilib. Futbolçunun sadəcə ardıcıl matçlarda oynadığı üçün yorğun hala düşdüyü qeyd olunub.

Qeyd edək ki, Messi sonuncu dəfə 2010-ci ilin sentyabrında "Atletiko" ilə matçda əvəzlənib.

Xəbər 881 dəfə oxundu.