Kolumbiya millisinin hücumçusu
Roberto Soldadonu “Tottenhem”ə satan “Valensiya” heyətinə daha bir hücumçu qatıb. Elder Poştiqadan sonra Dorlan Pabon da İspaniya klubu ilə müqavilə imzalayıb.

Meksika “Monterrey”inin forvardı artıq növbəti oyundan meydana çıxa biləcək. Kolumbiya millisinin futbolçusu ötən mövsümü icarə əsasında “Betis”də keçirmişdi. Transferin detalları barədə ətraflı məlumat verilmir.

Xəbər 915 dəfə oxundu.