Xerardo Martino: “Messi dincəlməlidir”
"Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada ilk oyunda "Levante" üzərində böyükhesablı qələbədən (7:0) sonra açıqlamalar verib.

Argentinalı mütəxəssis mövsümə çox yaxşı başladıqlarını deyib: "Bu səviyyəmizi sona qədər qorumalıyıq. "Barselona"nın fəlsəfəsini bəyənirəm ".

O, Lionel Messinin dincəlməyə ehtiyacı olduğunu bildirib: "Messi ilə danışdım. Hazırda onun dincəlməyə ehtiyacı var. Mövsüm uzundur. Həm də qarşıda ən çətin rəqiblər var. O, çox ağıllıdır və bunun bilir"

Oyuna start heyətdə deyil, 64-cu dəqiqədə daxil olan Neymar haqqında da danışan Martino braziliyalı hücumçunun hələlik zamana ehtiyac olduğunu vurğulayıb: "Onun komandaya uyğunlaşması üçün zaman lazımdır. Əgər onu tez bir zamanda bütün oyunlarda start heyətə salsaq, komandaya ziyan vura bilərik".

Oyuna start heyətdə deyil, 64-cu dəqiqədə daxil olan Neymar haqqında da danışan Martino braziliyalı hücumçunun hələlik zamana ehtiyac olduğunu vurğulayıb: "Onun komandaya uyğunlaşması üçün zaman lazımdır. Əgər onu tez bir zamanda bütün oyunlarda start heyətə salsaq, komandaya ziyan verə bilərik".

Xəbər 881 dəfə oxundu.