Millimiz Bolqarıstana qalib gəldi
Bolqarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bolqarıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib.

Qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb.

Bolqarıstan komandasının qapısından topları Aliyə Vəliyeva və Aysun Əliyeva keçirib.

Xəbər 873 dəfə oxundu.