Ançelotti özünü biabır etdi
"Real"ın (Madrid) yeni çalışdırıcısı Karlo Ançelotti İspaniyada tənqid hədəfinə çevrilib.

Buna italiyalı mütəxəssisin bu mövsüm La Liqada mübarizə aparmayan "Saraqosa"nın “Real” üçün əsas rəqiblərdən biri olması haqda verdiyi açıqlama səbəb olub. O, La Liqanın ən güclü klubları haqda fikir yürüdərkən baş məşqçisi olduğu "Real" və əzəli rəqibləri "Barselona"dan sonra "Saraqosa"nın adını çəkib.

Bu isə Ançelottinin La Liqa haqqında yetərli informasiyaya sahib olmadığını göstərib.

Bu açıqlamanının ardından İspaniya mətbuatı "Ançelotti öz liqasını tanımır" başlıqlı yazılar dərc edərək baş məşqçini tənqib edib və belə bir açıqlamanın onun nüfuzuna zərbə vurduğunu yazıb.

Xəbər 912 dəfə oxundu.