Avropa çempionatından 2 qızıl, 1 gümüş medal
Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Milli komandamız yarışda 2 qızıl və 1 gümüş medal qazanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov irlandiyalı Kurt Uolker üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cavid Quliyev (64 kq) də vətənə Avropa çempionu kimi dönüb. Həmyerlimiz həlledici görüşdə Ukrayna təmsilçisi Samofalovu məğlub edib.

Məsud Yusifzadə (52 kq) yalnız finalda irlandiyalı Reddi Kulliyə uduzaraq, gimüş medalla kifayətlənib.

Xəbər 992 dəfə oxundu.