"Dinamo" 3 futbolçusunu birdən heyətinə qatıb
Moskva "Dinamo"su "Anji"nin 3 futbolçusunu birdən heyətinə qatıb. İqor Denisov, Yuri Jirkov və Andrey Kokorin Mahaçqala klubu "Dinamo"ya dəyişib. Moskva klubunun idman direktoru Quram Adjoyev bildirib ki, hər 3 futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmələr barədə ətraflı məlumat verilir. "Dojd" kanalının iddiasına görə isə, "Dinamo" adıçəkilən 3 futbolçuya görə "Anji"yə ümumilikdə 45 milyon avro ödəyib.

Xəbər 894 dəfə oxundu.