FİFA Braziliya Konfederasiyasını cəzalandırdı
FİFA Braziliya Konfederasiyasını (BKF) cəzalandırıb.

Buna Braziliya millisinin bir üzvünün dopinq testindən keçməməsi səbəb olub.

Dopinq testi verməyən futbolçunun adı hələlik açıqlanmayıb. Lakin həmin futbolçunun Braziliya millisinin üzvü olduğu dəqiqdir. Bu səbəbdən də FİFA BKF-nı 10,7 min dollar məbləğində cəzalandırıb.

Xəbər 853 dəfə oxundu.