Beşikdaşın qara forması artıq satışda
Beşikdaş futbol komandasının 2013-2014 mövsümündə geyəcəyi qara forma artıq satışa çıxıb.

İdman.com.az-ın məlumatına görə, xüsusi hazırlanan formada Beşikdaş gerbi sol üst hissədə yerləşir. Ayrıca, 110 illik klub tarixində yer almış üç logo bütöv şəkildə formanın kürək hissəsində yer alır.

Beşikdaşlı futbolçuların qara formanı 18 avqust bazar günü Trabzonspor ilə oynayacaqları matçda ilk dəfə geyəcəyi qeyd edilib.

Qara-ağlı komandanın yeni mövsümdə geyəcəyi ağ, çubuqlu və boz formalar daha əvvəl satışa təqdim edilmişdi.

Xəbər 1717 dəfə oxundu.