Sami Xedira "Real"dan ayrılmayacaq
"Real" (Madrid) klubunun futbolçusu Sami Xedira hazırkı klubundan ayrılmayacaq.

Alman yarımmüdafiəçinin meneceri Yorq Neubayer "Bild"ə açıqlamasında onun komandadan getmək niyyətinin olmadığını deyib:

"Xedira bu mövsüm də "Real" forması geyinəcək. Onun komandadan ayrılacağı ilə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir və bu cür məlumatlar onu əsəbiləşdirir".

Qeyd edək ki, 2010-ci ildə "Ştuttqard"dan transfer edilən 26 yaşlı oyunçunun Madrid klubu ilə 2015-ci ilə qədər müqaviləsi davam edir.

Xəbər 917 dəfə oxundu.