"Qalatasaray" legioner limitinə etiraz etdi
Türkiyə Futbol Federasiyası (TFF) 2014/2015 mövsümü üçün legioner limitini daha da azaldıb.

Bu mövsüm limiti 6+0+4-ə endirən TFF gələcək mövsümdə legionerlərin sayını 5+0+3 sxeminə uyğun edəcək.

Yəni, hər bir klubun heyətində yalnız 8 əcnəbi futbolçu yer ala bilər ki, onlardan 5-i iştirak ərizəsinə salınacaq.

Bu qərarın ardından isə Klublar Birliyi iclas keçirib və yeni legioner limitinin həyata keçirilməməsinə çalışacaqlarını bildirib. Verilən yeni qərara ən çox etiraz edən klub "Qalatasaray" olub.

Xəbər 865 dəfə oxundu.