Abdulla Avcı Türkiyə millisindən gedir
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın uğursuz çıxışları səbəbindən baş məşqçi Abdulla Avcı ilə yolları ayırmağı planlaşdırır.

Artıq Türkiyə millisinin baş məşqçi postuna namizədlər də müəyyənləşib.

Bunlar Mustafa Dənizli, Şenol Günəş və Aykut Kocamandır. TFF-nın prezidenti Yıldırım Dəmirörənin məhz bu üç mütəxəssisdən birini baş məşqçi postuna gətirəcəyi gözlənilir. Türkiyə millisinin yeni baş məşqçisinin adı sentyabr ayında rəsmən açıqlanacaq.

Qeyd edək ki, "DÇ-2014"ün seçmə mərhələsində D qrupunda yer alan Türkiyə millisi 6 oyundan sonra 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər 882 dəfə oxundu.