Sumqayıtda şahmat üzrə yarış keçirilib
Şəhər sakinlərinin istək və arzularına uyğun olaraq İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə məhəllə və mikrorayonlarda bir sıra tədbirlər keçirilib.

Startı iyulun 10-da verilən çempionata məhəllə və mikrorayonların 70-ə yaxın həvəskar şahmatçıları qatılıb. İlkin mərhələ üç zona üzrə 1 və 2-ci məhəllələrin arasında yerləşən istirhət parkında, Gənclik və Heydər parklarında inşa olmuş şahmat lövhələrində, yarımfinal və final oyunları isə 14 avqust tarixində Heydər Əliyev abidəsinin qarşısında inşa edilən şahmat lövhəsində keçirilib.

Yekun nəticələrə görə Allahverdi Mahmudov, Yusif Hümbətov və Həmid Süleymanov müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Sonda qaliblər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tərəfindən pul mükafatı və diplomlarla təltif olunublar.

Xəbər 1357 dəfə oxundu.