Natəvan Qasımova “Bakı”da

Milli komandamızın üzvü Natəvan Qasımova “Bakı” voleybol klubu ilə müqavilə bağlayıb. Bu barədə məlumatı “İdman” qəzetinə voleybolçunun özü verib. 26 yaşlı idmançının bildirdiyinə görə, ölkə xaricindən ona təklif gəlsə də, paytaxtımızda oynamağı daha məqsədəuyğun sayıb: “Sizinlə 2-3 gün öncəki söhbətdə iddialı bir yerli komandada çıxış edəcəyimi söyləmişdim. Bu, baş verdi. Mən artıq “Bakı”nın voleybolçusuyam. Komanda ilə 1 ililk müqavilə bağlamışam. O,cari mövsümdə qarşısına ciddi məqsədlər qoyub. İnanıram ki, birlikdə işin öhdəsindən gəlməyi bacaracağıq”.
Qeyd edək ki, Natəvan “Azərreyl”lin yetirməsidir. 1m 78 sm boya malik voleybolçu toppaylayıcıdır. Yerli çempionatda Qasımova “dəmiryolçular”la yanaşı, “Şirvan” komandasında forma geyinib. Onun son çıxış etdiyi klub isə İtaliyanın “Skavolini” kollektividir.

Xəbər 1413 dəfə oxundu.