Ulduzlar bir araya gəlir
Dünya futbolunun əfsanələrindən olan Franko Barezi ilə Alan Şirer xeyriyyə matçında yenidən forma geyəcəklər.

Sentyabrın 11-də "Milan"la və "Nyukasl"ın əfsanəvi oyunçuları qarşı-qarşıya gələcək. Sözügedən görüşdə Barezi və Şirerlə yanaşı, Paolo Maldini, Alessandro Kostakurta, Kristian Vyeri, Andrey Şevçenko, Les Ferdinand, Tino Asprilla, Endryu Koul da iştirak edəcək.

Bu oyunda "Milan"ın kapitanı olacaq Barezi bu qarşılaşmanı səbirsizliklə gözlədiyini deyib: "Nyukasl"ın və azarkeşlərin futbola olan sevgisini bilrəm. Möhtəşəm bir matç olacağına əminəm".

Qeyd edək ki, qarşılaşma "Sent James Park" stadionunda baş tutacaq.

Xəbər 1091 dəfə oxundu.