"İnter" "Antalyaspor"u darmadağın etdi
"İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir.

Bu gün turnirin üçüncü oyun günü idi. Komanda "Mardan" stadionunda Türkiyənin "Antalyaspor" klubuyla üz-üzə gəldi. Bu qarşılaşma "İnter"in 7:2 hesablı qələbəsilə başa çatdı.

Xatırladaq ki, komanda dünən Bolqarıstanın "Slaviya" komandasına 2:0 hesabıyla qalib gəlmişdi. Bu gün "İnter" sonuncu matçına çıxacaq. Komandanın rəqibi Gürcüstanın "Tbilisi" klubu olacaq. Oyun Bakı vaxtıyla saaat 20.30-da başlanacaq.

Xəbər 972 dəfə oxundu.