Fatih Terim: “Burak Yılmaz “Qalatasaray”da qalır”
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim futbolçusu Burak Yılmaza dəstəl verib.

Təcrübəli mütəxəssis Burakın “Fənərbaxça” ilə superkubok matçında oynamadığı üçün narazılıq etməsini normal qarşılayıb: "Bu, ilk dəfə qarşılaşdığım bir vəziyyət deyil. Burakın zədəsini sağaltdıqdan sonra oynamaq istəməsi normaldır. Ancaq bu narazılığı səbəbindən onu silib atmayacağıq".

F.Terim Burak Yılmazın “Qalatasaray”dan ayrılmayacağını bildirib.

Qeyd edək ki, Burakın son oyunlara meydana çıxmadığını üçün “Qalatasaray”da xoşbəxt olmadığı və klubdan gedəcəyi iddia edilirdi.

Xəbər 968 dəfə oxundu.