Cerard: "Millidə kapitanlığa yeganə namizədim odur"
İngiltərə millisinin hazırki kapitanı Stiven Cerard komanda yoldaşı Cek Uilşır haqda xoş sözlər deyib.

Britaniya mətbuatına danışan Cerard millidə gələcək kapitan kimi məhz Uilşırı gördüyünü bildirib:

"Millidə kapitanlığa yalnız bir namizədim var ki, bu da "Arsenal"ın gənc yarımmüdafiəçisi Cek Uilşırdır. Gənc olmasına baxmayaraq, meydanda liderliyi ələ alıb və artıq yığmanın əsas heyət üzvünə çevrilib".

Xəbər 916 dəfə oxundu.