Kapello Şimali İrlandiya məğlubiyyətini şərh etdi
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində məğlub olduqları Şimali İrlandiya ilə oyunla bağlı fikirlərini bölüşüb.

İtaliyalı mütəxəssis komandasının sürətdə rəqibinə uduzduğunu bildirib:

"Meydanda Rusiya millisindən sürətli oynayan bir rəqib var idi. Biz onlar kimi sürətli oynaya bilmədik. Üstəlik rəqib müdafiəçilər hücumlarımızın qarşısını ustalıqla alırdılar. Çox asta oynadıq və rəqibə aqressiv davranmağa imkan verdik. Lakin bundan sonrakı matçlarda belə oynaya bilərik".

Qeyd edək ki, Belfastda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzan Rusiya yığması qrup qalibi olmaq işini çətinə salıb.

Xəbər 859 dəfə oxundu.